Bayden Almaniyaya getmək qərarına gəlib

13 Oktyabr 2024 16:41 (UTC+04:00)

"Milton" qasırğası səbəbindən Almaniyaya səfərini ləğv edən ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şolzla görüşmək üçün gələn həftə Berlinə getməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə oktyabrın 13-də RİA Novosti məlumat yayıb.

Almaniya mətbuatının yazdığına görə, Bayden və Şolz arasında görüş cümə gününə planlaşdırılıb.