İtaliyada 273 nəfər təxliyə olundu

13 Oktyabr 2024 16:14 (UTC+04:00)

İtaliyanın şimal-şərqindəki Padua əyalətinin Abano Terme şəhərindəki hoteldə gecə saatlarında güclü yanğın baş verib. SİA xəbər verir ki, əraziyə mülki müdafiə qüvvələri cəlb olunub, hoteldəki 273 nəfər təxliyə edilib və onların hamısı təhlükəsiz əraziyə aparılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin 45 nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Yanğın tam söndürülüb, araşdırmalara başlanılıb. Yanğının binanın ikinci mərtəbədəki texniki otaqdan başladığı deyilir.