Hacıqabulda son vəziyyət AÇIQLANDI - VİDEO

13 Oktyabr 2024 12:29 (UTC+04:00)

Xəbər verildiyi kimi, intensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. FHN Mətbuat xidmətindən SİA-ya bildiriblər ki, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Subasmaya məruz qalmış bir sıra ünvanlarda əməliyyat nəticəsində suyun çəkilərək kənarlaşdırılması təmin olunub.

Həmçinin Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.

https://youtu.be/cch27thIF2s?si=4r6mIXBwPbqeGjLk