UEFA Millətlər Liqası: Bu gün IV tura start veriləcək

13 Oktyabr 2024 10:40 (UTC+04:00)

Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək. SİA-nın məlumatına görə, turun ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

B Liqasının üçüncü qrupunda Norveç millisi səfərdə Avstriyanın qonağı olacaq. B Liqasınının II qrupunda isə Finlandiya yığması evdə İngiltərəni qəbul edəcək.

UEFA Millətlər Liqası

B Liqası
II qrup
20:00. Finlandiya - İngiltərə
22:45. Yunanıstan - İrlandiya
Xal durumu: Yunanıstan - 9, İngiltərə - 6, İrlandiya - 3, Finlandiya - 0.

III qrup
17:00. Qazaxıstan - Sloveniya
22:45. Avstriya - Norveç
Xal durumu: Norveç - 7, Avstriya - 4, Sloveniya - 4, Qazaxıstan - 1.

C Liqası
IV qrup
20:00. Ermənistan - Şimali Makedoniya
22:45. Farer Adaları - Latviya
Xal durumu: Şimali Makedoniya - 7, Ermənistan - 4, Latviya - 3, Farer Adaları - 2.

D Liqası
I qrup
20:00. Lixtenşteyn - Cəbəllütariq
Xal durumu: Cəbəllütariq - 4, San Marino - 3, Lixtenşteyn - 1.

II qrup
20:00. Malta - Moldova
Xal durumu: Moldova - 6, Malta - 3, Andorra - 0.