ABŞ İsrailə yüksək hündürlükdə raketdən müdafiə sistemi THAAD-ı (“Terminal High Altitude Area Defense”) verəcək. SİA xəbər verir ki, bu barədə “Ynet” nəşri xəbər yayıb.
Qeyd olunub ki, regionda artmağa davam edən təhlükə səbəbilə İsrailin yeni medafiə sistemləri ilə təchiz edilməsi əsas amilə çevrilib.
Xatırladaq ki, oktyabrın 1-də axşam İran HƏMAS hərəkatı, Livanın “Hizbullah” təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib.
İsrailin müdafiə naziri Yoav Qallant xəbərdarlıq edib ki, ölkəsi raket hücumuna cavab olaraq İrana o qədər “ölümcül və gözlənilməz” zərbə vurmaq planlarından əl çəkməyib, iranlıların heç nə anlamağa vaxtları olmayacaq.