Azərbaycan karateçisi Gülay Orucova (59 kq) İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən 13-cü dünya çempionatında bürünc medal qazanıb. SİA Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvü yarışın son günüdə Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, turnir 9-13 oktyabrda baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.