Qubada avtomobil ağaca çırpıldı - ölən və yaralanan var

13 Oktyabr 2024 09:34 (UTC+04:00)

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, sürücü ağır xəsarətlər alıb