Kiyevdə partlayışlar baş verdi

13 Oktyabr 2024 08:15 (UTC+04:00)

Kiyevdə gecə saatlarında partlayışlar olub. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Public” nəşrinin "Telegram" kanalında məlumat verilib. “Partlayışlar hava hücumu xəbərdarlığı elan edilməmişdən əvvəl səslənib. Hərbi Hava Qüvvələri PUA-nın hücumu təhlükəsindən xəbərdardır”, - nəşr bildirib. Nəşrin məlumatına görə, hava hücumu barədə xəbərdarlıq saat 5:06-dək qüvvədə olub.