İspaniyanın Sevilya şəhərindəki kafedral kilsədə dəfn olunmuş qalıqlar məşhur səyyah Xristofor Kolumba (1451-1506) məxsusdur. SİA “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssislər qrupu məlumat verib.
Qrenada Universitetinin professoru Xose Antonio Lorente bildirib ki, müasir texnologiyalarla aparılan 20 illik tədqiqat nəticəsində cənazə qalıqlarının məşhur səyyaha aid olması tam təsdiqini tapıb. Bunun üçün Kolumbun qardaşının və oğlunun məzarlarından da nümunələr gətirilib.
Avropalı tarixçilər indi Xristofor Kolumbun haralı olduğunu da dəqiqləşdirmək üzərində işləyirlər. Uzun illərdir onun Genuyada İtaliya əsilli ailədə anadan olduğu fikri geniş yayılsa da, indi buna şübhə ilə yanaşılır.