ABŞ İsraildə raket əleyhinə sistemlər yerləşdirəcək

13 Oktyabr 2024 00:53 (UTC+04:00)

...ABŞ İranın potensial hücumuna hazırlıq məqsədilə ballistik raketlərin qarşısını almaq üçün İsraildə THAAD raketdən müdafiə sistemlərini yerləşdirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İsrail telekanalı bildirib.

...Jurnalistlər aydınlaşdırıblar ki, İranın hücumuna cavab verməyə hazırlaşarkən Amerika tərəfi ballistik raketlərin qarşısını almaq üçün İsrailə raketdən müdafiə batareyaları göndərəcək.

Qeyd olunur ki, THAAD raketdən müdafiə sistemləri İsraildəki Amerika əsgərləri tərəfindən idarə olunacaq.

İsrailə nə qədər silah göndəriləcəyi məlum deyil.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun elit bölməsinin rəhbərinin baş müşaviri, general Hüseyn Daqiqi İsrailin bu ssenaridə maraqlı olmasına baxmayaraq, İranın ABŞ-la müharibəyə icazə verməyəcəyini bildirib.

Əli Babayev