Moldovanı Rusiyadan heç bir təhlükə gözləmir...

12 Oktyabr 2024 21:25 (UTC+04:00)

Rusiya Moldova üçün risk yaratmır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu prezident seçkilərinə namizəd Aleksandr Stoyanoqlo özünün Telegram kanalında açıqlayıb.

…Mən əminəm ki, Rusiya bizim üçün heç bir risk yaratmır. Bütün bunlar seçki kampaniyasında görünür və insanları parçalamaq üçün istifadə olunur, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, 30 ildir ki, siyasətçilər hər seçki kampaniyasında “Rusiya tanklarından, Rumıniyadan gələn təhdidlərdən” danışırlar.

Bununla belə, o vurğulayıb ki, söhbət Rumıniya və ya Moskvadan getmir. Problemlər burada, Moldova cəmiyyətindədir.

Bundan əvvəl polis məmurları Kişinyov meriyasının göstərişi ilə “Gənclərin Qələbəsi” hərəkatının təşkil etdiyi “qazan marşı”nın iştirakçılarını Moldova prezidenti Maya Sandu administrasiyasına buraxmayıb.

Deyilənlərə görə,“Gənclərin Qələbəsi” hərəkatı moldovalıların acınacaqlı vəziyyətinə etiraz edir və hökumətin vədlərinə əməl etməməsini tənqid edir.

Əli Babayev