Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq

12 Oktyabr 2024 19:43 (UTC+04:00)

Serbiyalı raketka ustası Novak Cokoviç Şanxayda keçirilən “Masters 1000” turnirinin finalına vəsiqə qazanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Novak Cokoviç oktyabrın 13-də keçiriləcək finalda italiyalı Yannik Sinnerlə qarşılaşacaq.

37 yaşlı tennisçi karyerasında yubiley 100-cü və 41-ci “Masters” titulu üçün mübarizə aparacaq.

Sinner dünya reytinqində birinci, Cokoviç isə dördüncü pillədə qərarlaşıb. Şanxay “Masters” turnirinin mükafat fondu 8,9 milyon ABŞ dollarıdır.