Harris səhhəti ilə bağlı hesabat dərc edib

12 Oktyabr 2024 19:24 (UTC+04:00)

...Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində özünün "əla sağlamlığına" dair tibbi sübutlar açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN ölkənin hazırkı vitse-prezidentinin köməkçilərinə istinadən xəbər verir.

Həkimi Coşua Simmonun sözlərinə görə, Harris aktiv həyat tərzi keçirir və düzgün qidalanır, onun orqanizmində heç bir ciddi anormallıq aşkar edilməyib.

...O, Prezidentin vəzifələrini uğurla yerinə yetirmək üçün zəruri olan fiziki və əqli sabitliyə malikdir.

Bunu da həkim bildirib.

Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçki yarışındakı rəqibi Kamala Harrisi “son dərəcə aşağı intellektə malik” şəxs adlandırmışdı.

Əli Babayev