“Putinlə Kadırov arasında qarşıdurma qızışıb”

12 Oktyabr 2024 19:14 (UTC+04:00)

...Qafqazda vəziyyət kifayət qədər sürətlə inkişaf edir. Çeçenistan rəhbəri Ramzan Kadırov qətlə cəhddə ittiham etdiyi üç “rusiyalı” siyasətçiyə qarşı “qan davası” elan edib və bu da onun Kreml rəhbəri ilə münasibətləri daha da pisləşdirib?

Son vaxtlara qədər Kadırov bütün Rusiyada ikinci ən nüfuzlu şəxs hesab olunurdu.

SİA-nın əldə etdiyi məlumata görə, bu haqda Kanal 24-ə yazıçı, publisist və ictimai xadim Rostislav Murzaqulov bildirib və əlavə edib ki, indi onun təsiri Vladimir Putindən də çoxdur.

Maraqlıdır, görən, bundan sonra Kadırovla Putin arasında qarşıdurma necə inkişaf edəcək?

Kadırov açıq şəkildə deyib ki, Putinin Rusiyada Kadırovun adamlarına qarşı cinayət işlərinin açılması ilə bağlı fikirlərinə əhəmiyyət vermir.

Əksinə, Çeçenistanda diametral əks işlərə başlanılıb.

Hazırda Rusiyada panika var.

Belə ki, “kvadrat gözlü” insanlar Kreml dəhlizləri ilə gəzirlər, çünki bunun sonun başlanğıcı olduğunu başa düşürlər. Bu vəziyyətdən çıxış yolu yoxdur.

Rostislav Murzaqulov bildirib bunu.

Nəzərə alın ki, Putinlə Kadırov arasında münasibətlərin kəskinləşməsi Wildberries şirkəti ilə bağlı vəziyyətdən sonra baş verib. Bu bazara nəzarətlə bağlı fikirlər bölünür. Kadırov hətta Dağıstandan olan senator, milyarder Süleyman Kərimova qarşı “qan davası” elan edib.

Yəqin ki, indi Putin geri çəkilməyə çalışacaq və Kadırova nəinki “Wildberries” şirkətinə, hətta daha çox şey vəd edəcək. Amma bu, digər Kreml rəsmilərinin xoşuna gəlməyəcək. Üstəlik, Çeçenistan rəhbəri bütün Qafqaz qanunlarına uyğun olaraq, “qan davasını” unuda bilməz.

Və o, kimisə öldürməlidir..?

Bu vəziyyətdən zorakılıqdan başqa çıxış yolu görmürəm...

Qeyd edək ki, bunu da Rostislav Murzaqulov bildirib.

Əli Babayev