Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış baş verib

12 Oktyabr 2024 18:26 (UTC+04:00)

Qroznının Axmatovski rayonunda yanacaqdoldurma məntəqəsində yanacaq çəni partlayıb. Dörd nəfər ölüb: iki böyük və iki uşaq. Baza telegram kanalının məlumatına görə, onlar çənin partlaması nətiəsində ölüblər.

SİA-nın əldə etdiyi məlumata görə, əməliyyat xidmətlərindən TASS-a bildirilib ki, itkilərlə yanaşı, avtomobillərə də ziyan dəyib.

SHOT teleqram kanalının məlumatına görə, 2021-ci ildə son yoxlama zamanı Rostexnadzor Lider yanacaqdoldurma məntəqəsində doqquz qanun pozuntusu aşkar edib. Onların arasında avtomatik monitorinqin və sızmaların aşkarlanmasının olmaması, axıdıcı boru kəmərində yoxlama klapanının olmaması, drenaj və boşaltma qurğularının təhlükəsiz şəkildə işləməsi var.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb, hazırda xilasedicilər dağıntıları təmizləyirlər. İstintaq Komitəsi faktla bağlı cinayət işinin açılacağını bildirsə də, hansı maddə ilə açıqlama verməyib.

Əli Babayev