...Soda tez-tez ürək yanması üçün bir vasitə kimi istifadə olunur və bəzi mənbələr hətta bütövlükdə bədənin sağlamlığını yaxşılaşdırmaq üçün müntəzəm olaraq istifadə etməyi tövsiyə edir.
SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı həkim Roman İvanov "İzvestiya" nəşrinə bunun nə üçün təhlükəli olduğunu və təhlükənin nə ola biləcəyini açıqlayıb.
Deməli, həkim sodanın qələvi olduğunu deyir. Mədədə xlorid turşusu ilə reaksiya verərək onu neytrallaşdırır və bununla da turşuluğu azaldır. Bu, özofagus və mədədə turşuluğun artması səbəbindən meydana gələn ürək yanması simptomlarını müvəqqəti olaraq aradan qaldırır. Bununla belə, bu cür “müalicənin” təsiri çox uzun sürmür və mədə yanması ilə mübarizə üçün müntəzəm soda istifadəsi əks təsirə səbəb ola bilər. Yəni turşunun daimi neytrallaşdırılması ilə mədə tarazlığı bərpa etmək üçün daha böyük həcmdə istehsal etməyə başlayır, qastrit və reflü əlamətlərini artıra bilər.
Bunları həkim deyir, o, sodanın müntəzəm istehlakının sağlamlığa mənfi təsirləri ola biləcəyi barədə xəbərdarlıq edib.
...O cümlədən, bütün orqanizmin turşu-qələvi balansının pozulmasına gətirib çıxaran, metabolik alkaloza səbəb olur. Bu vəziyyət qanda qələvi səviyyəsinin artması ilə xarakterizə olunur və ürəkbulanma, başgicəllənmədən tutmuş ürək ritminin pozulmasına qədər bir sıra simptomlara səbəb ola bilər.
Bütün bunlardan əlavə. sodanın müntəzəm istehlakı qanda kalium (hipokalemiya) və kalsiumun (hipokalsemiya) səviyyəsinin azalmasına səbəb ola bilər. Bu, əzələ kramplarına, zəifliyə və bəzi hallarda aritmiyalara səbəb ola bilər.
Bunları da rusiyalı həkim İvanov bildirib.
Nazlı Almuradova