Qubada iki avtomobil toqquşub - FOTO

12 Oktyabr 2024 17:09 (UTC+04:00)

Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. SİA-nın məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində "VAZ-2104" markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilli toqquşub.

Qəza nəticəsində "VAZ 2104"ün sürücüsü, 1962-ci il təvəllüdlü Rüstəm Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.