Qubada su borusu partlayıb

12 Oktyabr 2024 13:42 (UTC+04:00)

Qubada su borusunun partlaması yolda hərəkəti çətinləşdirib. SİA xəbər verir ki, bununla sosial şəbəkədə bağlı görüntülər yayımlanıb.

Qeyd olunub ki, hadisə Qubanın Küsnətqazma kəndində baş verib. Belə ki, su borusunun partlaması nəticəsində yaranan fontan sürücülərin yolu görməsinə əngəl törədərək, hərəkəti çətinləşdirib.