Naxçıvanda bu ilin 9 ayı ərzində 1621 şəxsə əlillik təyin olunub

12 Oktyabr 2024 11:53 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin 9 ayı ərzində 1621 şəxsə əlillik təyin olunub. SİA-nın məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 1621 şəxsə əlillik təyin edilib.

Onlardan 1005 nəfərə ilkin, 616 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.