NYMEX əmtəə birjasında təbii qazın qiyməti azalıb

12 Oktyabr 2024 11:04 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.61% azalaraq 2.63 ABŞ dolları təşkil edib.