Bu il 36 min 400 nəfərə əlillik təyin olunub

12 Oktyabr 2024 10:59 (UTC+04:00)

2024-cü ilin ilk doqquz ayında 36 min 400 nəfərə əlillik təyin olunub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, onlardan 18,3 mininə ilkin, 18,1 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.