Qrup mərhələsində III tura səkkiz oyunla yekun vurulacaq

12 Oktyabr 2024 10:25 (UTC+04:00)

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində III tura yekun vurulacaq. SİA xəbər verir ki, son olaraq 8 qarşılaşma baş tutacaq.

A Liqasının 1-ci qrupunda mübarizə aparan Portuqaliya yığması Polşa kollektivinin qonağı olacaq.

IV qrupda yer alan son Avropa çempionu İspaniya isə Danimarkanı sınağa çəkəcək.

UEFA Millətlər Liqası

A Liqası
1-ci qrup
20:00. Xorvatiya - Şotlandiya
22:45. Polşa – Portuqaliya
Xal durumu: Portuqaliya - 6, Xorvatiya - 3, Polşa - 3, Şotlandiya - 0.

4-cü qrup
22:45. Serbiya – İsveçrə
22:45. İspaniya - Danimarka
Xal durumu: Danimarka - 6, İspaniya - 4, Serbiya - 1, İsveçrə - 0.

C Liqası
2-ci qrup
17:00. Litva – Kosovo
22:45. Kipr – Rumıniya
Xal durumu: Rumıniya - 6, Kosovo - 3, Kipr - 3, Litva - 0.

3-cü qrup
20:00. Bolqarıstan – Lüksemburq
22:45. Belarus – Şimali İrlandiya
Xal durumu: Belarus - 4, Bolqarıstan - 4, Şimali İrlandiya - 3, Lüksemburq - 0.