“Milton” qasırğasından sonra ABŞ-nin Florida ştatına dəyən zərər təxminən 50 milyard dollar dəyərində qiymətləndirilə bilər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Prezidenti Co Bayden bildirib.
Prezident qeyd edib ki, hakimiyyət Floridada enerji təchizatının bərpasına və dağıntıların təmizlənməsinə diqqət yetirir. “Mən istəyirəm ki, qasırğadan təsirlənən ərazilərdəki hər kəs bilsin ki, biz asayişi bərpa etmək və evlərinizə qayıtmağınıza kömək etmək üçün əlimizdən gələni edəcəyik”, – Ağ Ev rəhbəri əlavə edib.
Xatırladaq ki, ABŞ-nin cənub-şərqini vuran güclü “Milton” qasırğası bir sıra fəsadlar törədib. Milyonlarla amerikalı fəlakətdən xilas olmaq üçün evlərini tərk edib. Qasırğadan ən çox əziyyət çəkən isə Florida ştatıdır. Qasırğa səbəbindən 15 nəfər həlak olub.