Ukraynada hava xəbərdarlığı elan edildi

12 Oktyabr 2024 02:12 (UTC+04:00)

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan olunub. SİA xəbər verir ki, bu barədə rəsmi qurumlar da məlumat yayıb. Məlumata görə, ilk olaraq paytaxt Kiyevdə hava xəbərdarlığı elan edilib. Çox keçmədən ölkənin bütün regionlarında sirenalar səslənib.