Türkiyə ilə Serbiya arasında 11 sənəd imzalandı

12 Oktyabr 2024 05:10 (UTC+04:00)

Türkiyə və Serbiya arasında müxtəlif sahələri əhatə edən 11 əməkdaşlıq müqaviləsi imzalanıb. SİA xəbər verir ki, əməkdaşlıq müqaviləsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiyaya səfəri çərçivəsində imzalanıb. Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiçlə iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığının perspektivlərini də müzakirə edib.