...Ukrayna ABŞ-ın Rusiya ərazisində Qərb raketlərinin istifadəsi ilə bağlı qadağasını pozmalı, sonra isə əlavə raketlərin ötürülməsinə haqq qazandırmaq üçün nəticələri göstərməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri israilli hərbi ekspert Yiqal Levin öz Telegram səhifəsində bildirib.
...Heç bir icazə gözləməyinizə ehtiyac yoxdur, rusları Qərbin uzaqmənzilli silahları ilə vurmağa başlayın və sonra əldə olunana uğurlu nəticələri ABŞ-a göstərib daha çoxunu istəyin...
Bunu deyən Levin xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə daxil olduqdan sonra da Qərb Ukraynaya hərbi yardımı dayandırmayıb, Rusiya isə nüvə müharibəsi başlatmayıb.
Qeyd edilməlidir ki, analitik İsrailin baş naziri Qolda Meirin 1973-cü ildə hökumət iclasında amerikalılarla qarşılıqlı əlaqə mövzusunda etdiyi çıxışından bir sitat da gətirdi: Çox bağışlanacağıq. Bağışlanmayan tək şey zəiflikdir. Biz zəif kimi təsnif edilsək hər şey bitəcək. Bu isə bağışlanmaz pislikdir.
Yeri gəlmişkən, Ukrayna son aylarda müttəfiqlərini Qərbin Rusiya ərazisinə raket zərbələri ilə bağlı məhdudiyyətləri aradan qaldırmağa çalışıb, amma...
“The Telegraph” yazır ki, bütün bu vəziyyət əvvəlcə yalnız Britaniya baş nazirinin bir səhvi ucbatından yaranıb.
Belə ki, Keir Starmer baş nazir olduqdan sonra amerikalılardan Rusiya Federasiyasına zərbə endirmək üçün Britaniya raketlərindən istifadə etmək üçün icazə istədi, çünki bu raketlər Amerikanın idarəedici sistemlərinə əsaslanır. Bununla o, Vaşinqtona onların istifadəsinə veto qoymağa icazə verdi. Nəticədə ukraynalılar hazırda “Storm Shadow” raketlərinin ehtiyatına malikdirlər, lakin onlardan istifadə edə bilmirlər.
Əli Babayev