Alimlər COVID-19-un əsl mənşəyini aşkar ediblər

11 Oktyabr 2024 22:06 (UTC+04:00)

Bir qrup alim araşdırma apararaq, COVID-19 koronavirusunun Çinin Uhan şəhərindəki bir bazarda təbii şəkildə əmələ gəldiyini müəyyən ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mütəxəssislər 2020-ci ilin əvvəlində Huanan dəniz məhsulları bazarında toplanan genetik məlumatın dərin təhlilini aparıblar və aşkar ediblər ki, patogen məhz oradan bütün dünyaya yayılmağa başlayıb.

Mütəxəssislərin fikrincə, virus genlərinin müxtəlifliyi ticarət meydançasının vəhşi heyvanların rəflərdə uzandığı hissəsi ilə bağlıdır.

Məsələn, patogen əvvəllər infeksiyanın aralıq daşıyıcısı kimi şübhələnilən yenot itlərində və bambuk siçovullarında tapılıb Bunu “Cell” jurnalı yazır.

Rusiyada XEC koronavirusunun yeni variantına ilk yoluxma halları Rostov vilayətində və Ufada qeydə alınıb. Bundan əlavə, son bir neçə həftə ərzində Avropa və ABŞ-da çoxlu hallar qeydə alınıb. Mütəxəssislər XEC ştammının pandemiyanın yeni dalğasına səbəb ola biləcəyindən narahatdırlar.

Əli Babayev