Bu arada SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyada Qazaxıstandan ölkəyə gətirilən yeni avtomobillər müsadirə olunmağa başlayıb.
Avtokriminalist ekspert mərkəzinin rəhbəri Maksim Şelkov Gazeta.Ru-ya bildirib ki, buna səbəb qeyri-qanuni sxem üzrə hərəkət edən satıcıların dələduzluğu olub.
Onun sözlərinə görə, dələduzluğun mahiyyəti ondan ibarət olub ki, sxemin təşkilatçıları Qazaxıstan vətəndaşlarına avtomobillərin taksi şirkətlərində və avtomobil icarəsində işləmək üçün lazım olduğunu bəhanə edərək onlara pul müqabilində avtomobilləri kreditlə götürməyi təklif ediblər. Daha sonra borcalan guya avtomobili daha ucuz qiymətə ala biləcək və avtosalon bütün bu müddət ərzində onun üçün krediti ödəyəcək.
Beləliklə. bu avtomobillərdən 800-ə yaxını Rusiyaya ixrac edilərək 2023-cü ildə orada satılıb.
...Nəqliyyat vasitələri Rusiyada elektron texniki avadanlıq pasportu və nəqliyyat vasitəsinin dizayn təhlükəsizliyi sertifikatı alınmaqla rəsmi qeydiyyata alınıb. Onlar Qazaxıstandan “boz” və ya paralel idxal yolu ilə gətirilən avtomobillər kimi rəsmi olaraq avtosalonlar vasitəsilə satılıb.
Şelkov bildirib bunu.
Əli Babayev