Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Rizvan Kurbanov Çeçenistan rəhbəri Ramzan Kadırovun qan davası və siyasətçiyə qarşı sui-qəsd sifarişi cəhdi barədə sözlərindən sonra əlaqə saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq yazı millət vəkilinin Telegram-kanalında yer alıb.
O, Çeçenistan rəhbərinə qarşı sui-qəsdin hazırlanmasında heç vaxt iştirak etmədiyini bildirib.
...Mən həmişə Kadırovlar ailəsinə dərin hörmət bəsləmişəm, Axmat-Xadji ilə dostluq etdiyim vaxtdan... Onun işini oğlu Rusiya Qəhrəmanı Kadırov Ramzan Axmatoviç layiqincə davam etdirib, o da Çeçenistanın bərpası, Qafqazda sülhün bərqərar olması üçün çox işlər görmüş və bu gün cəbhədə qələbə üçün çox işlər görür.
Bunu Rizvan Kurbanov bildirib.
Əli Babayev