Millətlər Liqası: Estonlar hesabı açdı

11 Oktyabr 2024 20:32 (UTC+04:00)

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyunda hesab açılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüşün 32-ci dəqiqəsində rəqibin heyətində Yoan Yakovlyov fərqlənib.

Qarşılaşmanı irlandiyalı hakim Rob Harvi idarə edir.