...Dünən, oktyabrın 11-də beynəlxalq Forex bazarında ticarət zamanı ABŞ dollarının Hindistan valyutasına qarşı məzənnəsi 0,2 faiz bahalaşaraq 1 dollar üçün 84,126 rupiyə çatıb.
Beləliklə, Hindistan rupisi yeni tarixi minimuma çatıb. Amama daha sonra artım bir qədər səngiyərək - dollar 84,049 rupiyə düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, “Bloomberg” yazır ki, Hindistan fond bazarından xarici kapitalın çıxması, habelə Hindistan Mərkəzi Bankının siyasətindəki dəyişikliklər fonunda rupinin yeni tarixi minimuma çatdırıb.
Nəşrin məlumatına görə, oktyabr ayı ərzində xarici investorlar birjadan 5,7 milyard dollar çıxarıblar, istiqrazlardan xaricə isə 125 milyon dollar təşkil edib.
Oktyabrın 9-da Hindistan Ehtiyat Bankı gözlənildiyi kimi əsas faiz dərəcəsini dəyişməyərək 6,50 faiz səviyyəsində saxlayıb, lakin ritorikasını şahin əvəzinə neytral olaraq dəyişib və mümkün faiz dərəcəsinin azaldılması gözləntilərini artırıb.
Mütəxəssislər qeyd edirlər ki, kapital axınının davam etdiyi bir şəraitdə bu dəyişiklik valyutaya təzyiq göstərə bilər.
...Bir dollar üçün 84 rupi səviyyəsini keçdikdən sonra Hindistanın Ehtiyat Bankının müdaxiləsinin necə baş verəcəyini izləmək vacibdir.
Bunu “Shinhan Bank India”-nın vitse-prezidenti Kunal Sodhani deyib.
...Hindistan Ehtiyat Bankınin nöqteyi-nəzərindən, hərəkət çox kəskin olmadığı müddətcə, mərkəzi bank valyutanı digər valyutalarla rəqabətədavamlı saxlaya bilər.
Bunu valyuta analitiki Maykl Ban bildirib.
Əli Babayev