...Rusiyanı tərk edən və xarici agent kimi tanınan sənətçilər, o cümlədən komediya aktyoru Maksim Qalkin itirilmiş qazanclarına görə geri qayıtmaq istəyirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Filip Kirkorovun keçmiş direktoru Leonid Dzyunik bildirib.
Onun sözlərinə görə, müğənni Alla Puqaçova ərinin vətənində aldığı qonorarın həcmini “təsəvvür etmək mümkün deyildi” deyib..?
Rusiyada bir korporativ tədbir üçün o, 120 min avro (indiki məzənnə ilə 12 milyon rubldan çox) alırmış.
Birinci Kanalda iki proqrama sahiblik etdiyi üçün o, 50 min avro (demək olar ki, 5 milyon rubl) alırmış.
Qeyd edildiyinə görə, yazıçı Zaxar Prilepin daha əvvəl Puqaçova və Qalkinin xaricdə karyera qura bilməyəcəklərini bildiribmiş.
Onun sözlərinə görə, Rusiyanı tərk edən sənətçilərin əksəriyyəti Qərb mədəniyyətinə sığmadı və yavaş-yavaş “dibinə çökdülər”. Prilepin bunu digər mədəniyyət xadimlərinə də xatırlatmaq lazım olduğunu vurğulayıb.
Nazlı Almuradova