“The New York Times” Pentaqonun məlumatlarına istinadən yazır ki, Rusiya ordusu Ukraynaya müdaxilə başlayandan bəri 600 mindən çox ölü və yaralı itirib və sentyabr ayı Rusiya ordusu üçün ən qanlı ay olub.
ABŞ-ın hesablamalarına görə, Rusiyanın müharibədə itkiləri hazırda 615 min nəfərə yaxındır - 115 min ölü və 500 min yaralı.
Adının açıqlanmasını istəməyən amerikalı məmur nəşrə bildirib ki, Ukrayna Silahlı Qüvvələrində 57,5 min ölüb və 250 min yaralanıb.
...Problemi həll etmək üçün qüvvələr yaratmağa davam etmək Rusiyanın müharibəyə yanaşması üçün xarakterikdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ ordusunun yüksək rütbəli rəsmisi deyib.
Əli Babayev