Türkmənistanın Ümummilli Lideri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkəsində səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu qəbul edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Görüşdə Türkiyə ilə Türkmənistan arasındakı ikitərəfli və parlamentlərarası əlaqələr müzakirə edilib. Eyni zamanda, Fələstin torpaqlarında, xüsusilə Qəzzada baş verən hücumlar, İsrailin Livana hücumları və digər aktual qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Numan Kurtulmuş türkmən xalqının milli dəyəri, müdrikliyi və irfanıyla bütün türk dünyasının işığı olan Mahtumqulu Firakinin 300 illik yubileyi münasibətilə Türkmənistanda olmaqdan məmnunluğunu ifadə edib.
O, Türkiyə və Türkmənistanın tarixi və mədəni bağları olan iki qardaş ölkə olduğunu vurğulayaraq, qədim qardaşlıq bağlarının qarşılıqlı hörmət, anlayış və ortaq maraqlar əsasında inkişaf etməyə davam etməsini arzuladığını qeyd edib. Numan Kurtulmuş, Berdiməhəmmədovun forumda iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil etdiyi dəvətə də qatılıb.