Türkiyədə işsizlik səviyyəsi azalmaqda davam edir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayına dair işsizlik nisbətini açıqlayıb.
Türkiyədə işsizlik səviyyəsi avqust ayında keçən ayla müqayisədə 0,3 faiz azalaraq 8,5 faiz olub. Bu dövrdə işsizlərin sayı 3 milyon 55 min nəfərə çatıb.
2024-cü ilin avqust ayında işlə təmin edilən əhalinin sayı keçən ayla müqayisədə 78 min nəfər artaraq 32 milyon 776 min nəfərə, məşğulluq nisbəti isə 0,1 faiz artaraq 49,7 faizə çatıb.