Estoniya – Azərbaycan oyunu üçün start heyətləri açıqlanıb

11 Oktyabr 2024 19:00 (UTC+04:00)

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda bu gün Tallində üz-üzə gələcək Estoniya və Azərbaycan yığmalarının start heyəti açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Estoniya: Karl Yakob Heyn, Mixael Şönninq-Larsen, Mattias Kyayt, Rokko Şeyn, Henri Anier, Mixkel Aynsalu, Maksim Paskoçi, Yonas Tamm, Karol Mets, Yoan Yakovlyov, Vlasi Sinyavski

Baş məşqçi: Yurgen Henn

Azərbaycan: Mehdi Cənnətov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Ramil Şeydayev, Renat Dadaşov, Toral Bayramov

Baş məşqçi: Fernandu Santuş

Qeyd edək ki, “Lilleküla” stadionunda keçiriləcək Estoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.