Laima Vaikule Tenerifedə özünü “rüsvay” edib..?

11 Oktyabr 2024 19:05 (UTC+04:00)

...Deməli rusların yazdığına görə, 2022-ci ildə Rusiyaya arxa çevirib Latviyaya gedən müğənni Laima Vaykule indi... “açlıqdan ölməmək” üçün xaricdə konsertlər təşkil etdirməyə başlayıb.

Yenə də rusların yazdığına görə, "Vernisaj" hitinin ifaçısı oktyabrın 11-də Tenerifedə (...deyim ki, Tenerife Kanar adaları arxipelaqının ən böyük adasıdırA.B.) rusdilli ictimaiyyət üçün konsert vemək istəyib,.. lakin rüsvay olub?

Və bu dəfə də rusların yazdığına görə, hələ yaydan 49-119 avro arasında dəyişən qiymətlərlə bilet satışına başlansa da, bir neçə ay ərzində zalın yarısını belə doldurmaq mümkün olmayıb.

Belə şəraitdə konsert keçirmək sərfəli olmadığı üçün şou dekabrın ortalarına təxirə salınıb.

...İndi Laima Vaykule ümid edir ki, Yeni il bayramları öncəsi insanlar onun konserti də daxil olmaqla əyləncə tədbirlərinə qatılmağa hazır olacaqlar.

...Hə-di bunu da ruslar yazıb.

Nazlı Almuradova