Ötən il dünya üzrə vətəndaşlığı olmadan yaşayan insanların sayının 4,4 milyon olduğu açıqlanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) 2023-cü ildə qlobal olaraq vətəndaşlığı olmayan və ya olmadan yaşayan şəxslərə dair yeni hesabatını yayınlayıb. Burada BMT tərəfindən vətəndaşsızlığa qarşı başladılan 10 illik təşəbbüsün böyük nailiyyətlər gətirdiyi, lakin daha çox tədbirə ehtiyac olduğu vurğulanıb.
Vətəndaşlıq hüquqlarından məhrum edilən 500 mindən çox şəxsin BMT-nin 2014-cü ildə "IBelong" şüarı ilə başladığı təşəbbüs sayəsində vətəndaşlıq əldə etdiyi bildirilib.
Hesabatda "Böyük bir insan hüquqları pozuntusu olan vətəndaşsızlıq fərdləri əsas hüquqlardan məhrum edərək onları siyasi və iqtisadi cəhətdən kənarlaşdırır, sağlamlıq və təhsil kimi mühüm xidmətlərə çıxışı məhdudlaşdırır. Bu insanlar ayrı-seçkiliyə məruz qalır, xüsusilə istismar və təcavüzə qarşı müdafiəsiz olurlar" deyə qeyd edilib.
BMMYK-nin vətəndaşlığı olmayan insanların hüquqlarını müdafiə etdiyi və dünya miqyasında vətəndaşsızlığı qarşısını almaq və ona son qoymaq üçün müxtəlif tərəfdaşlarla çalışdığı bildirilib.
Hesabatda "Qurum 2023-cü ildə ümumilikdə 4,4 milyon vətəndaşsız insan olduğunu bildirib. Dünya üzrə təxminən 1,3 milyon vətəndaşsız insan isə yerindən edilib" ifadələri işlədilib.