Tarixi saxtalaşdırmaq, saxta mənbələrə istinad etmək, miflər üzərində xəyallar qurmaq erməni xalqını bir fəlakətdən digərinə necə sürüklədiyi təkcə həmin xalqa deyil, bütün dünya ictimaiyyətinə də bəllidir və bu baxımdan qeyd olunanlar heç də sirr deyil. Hər tərəfdən haylara, rus, fars, ingilis, hətta türk dilində belə xəbərdarlıq edilir ki, onların uydurduqları miflər əslində, özləri üçün bir provokasiyadır və bu provokasiyalar ancaq qarşıdurmalara rəvac verir.
Miflər və uydurmalar bir provokasiyadır və bununla haylar çox asanlıqla istənilən qarşıdurmaya sürüklənə bilirlər
Görürük ki, haylar rasional heç nə etmirlər və qarşılarına belə hansısa ağıllı bir məqsəd də qoymurlar. Onların danışıqlar zamanı belə normal bir ideyanı ortaya qoyduqlarının da şahidi olan yoxdur. Axmaqcasına bütün rasional, ağıllı təklifləri də rədd edirlər və özləri üçün növbəti ciddi problemləri yaradırlar. Yenə də başlarını xarab edən miflər, saxta mənbələrə istinadən ortaya atılan uydurmalar dalınca qaçırlar. Belə bir əminlik yaranır ki, haylar mif və uydurmaları reallıqlardan daha üstün hesab edirlər. Hansısa bir qrup da məhz hayların bu xislətlərinə istinad edərək, vaxtaşırı mifləri ortalığa atır, onların xəyal yaddaşını bir növ yenidən canlandırır, təzələyir və bununla da bütün toplumu provokasiyalarla çox böyük ustalıqla idarə edir. İdarə edir ki, regional qarşıdurmalar bir daha qızışdırılsın və bundan öz məqsədləri üçün istifadə etsinlər. Çünki bəzi qüvvələr bilirlər ki, bir toplum olaraq ermənilər üçün həmin miflər və uydurmalar ən yaxşı provokasiyadır və bununla onlar çox asanlıqla istənilən qarşıdurmaya sürüklənə bilərlər, necə ki, tarix boyu sürükləniblər.
Hazırda erməni cəmiyyətini müşahidə etdikdə görürük ki, bundan sonra da nəticənin necə ağır olacağının sanki həmin cəmiyyət qətiyyən fərqində deyil. Yəni, həqiqətən də daha çətin olacağı qənaətinə gələ bilmirlərmi və başa düşə bilmirlərmi ki, belə davam edəcəyi təqdirdə müsbət gözləntilər haqqında danışmaq belə mümkün deyil? Rəsmi İrəvan nəinki region ölkələrinin maraqlarına, hətta öz maraqlarına belə qarşı çıxır. Məğlub durumda olan bir ölkə, bir cəmiyyət üçün nəyin vacib olduğunu başa düşmək belə istəyən bircə dənə erməni yoxdurmu ki, bütövlükdə erməni cəmiyyətinə bunu çatdırsın? Yəni, həqiqətən də anlamırlarmı ki, kimlərinsə mifləri və uydurmaları ilə edilən provokasiyalar keçmişi əllərindən aldığı kimi, nəticədə bu günü də, gələcəyi də hayların əllərindən alır? Başa düşmək istəmirlər ki, məğlub olmuş bir xalq, erməni xalqı onsuz da acıncaqlı durumdadır və müharibənin acı nəticələrinin ardınca ancaq təhlükəsiz həyat və ümumiyyətlə, təhlükəsizlik istəyir? Əgər başa düşürlərsə, onda nəyə görə regional qarşıdurmalara rəvac verən provokasiyalara yenə də uyurlar və niyə provokasiyaların əsiri olmaqdan əl çəkmək istəmirlər?
Erməni cəmiyyəti mifləşdirdiklərini, xəyallarını yox, reallıqları qəbul etsə, öz mövcudluğunu təhlükədə qoymaz
Ermənistan ictimaiyyəti real vəziyyət haqqında düzgün təsəvvürə malik olmalı, əslində nə uğrunda mübarizə aparmaq gərəkdiyini artıq müəyyən etməlidir və bunun üçün də ilk növbədə həmin cəmiyyət reallıqlar barədə Ermənistan hakimiyyəti tərəfindən məlumatlandırılmalıdır. ““Tarixi Ermənistan” “indiki Ermənistan” üçün təhlükədir”, deyən erməni baş nazir əslində, öz cəmiyyətinə bir eyham da vurub, amma kəskin şəkildə miflərdən imtina etmək tələbi qoyacaq qədər siyasi iradə nümayiş etdirə bilməyib. Əslində, Paşinyan öz çıxışı zamanı bu sözlərlə “əsl Ermənistan”ın xeyrinə “tarixi Ermənistandan” imtina etmək çağırışı edib. Lakin qətiyyətli şəkildə bunu daxili auditariyaya həzm etdirməkdə çətinlik çəkdiyi bəllidir. ““Tarixi Ermənistan” kateqoriyaları çərçivəsində düşünmək real Ermənistanın mövcudluğunu təhdid edir”, deyə aprelin 10-da parlamentdə çıxışında erməni baş nazir açıq şəkildə həyəcan təbili də çalıb. Daha doğrusu, Vovayeviç erməni cəmiyyətinə bir növ xəbərdarlıq edib ki, hansısa mifləşdirilmiş Ermənistan barədə xəyallar qurmaq, həmin xəyalların arxasınca getmək ermənilər üçün də, Ermənistan dövlətçiliyi üçün də təhlükələr, fəlakətlər vəd edir, necə ki, bunu tarix belə təsdiq edir. ““Tarixi Ermənistan”a baxışımız bizi həmişə soyqırım təhlükəsinin tələsinə aparacaq”, deyən Nikol Paşinyan əks halda, ölkə daxilində daim təhdid mənbəyinin olacağını da vurğulayıb. Həqiqətən də erməni cəmiyyəti artıq hayların mifləşdirdiklərini, xəyallarını yox, reallıqları qəbul etsə, Ermənistan cəmiyyəti əsl həqiqətləri görüb, etiraf etsə, barışsa öz mövcudluğunu təhlükədə qoymaz. Hətta gələcəyə ümid belə edə bilər. Əks halda, yenə də həmin miflərlə, Paşinyanın da qeyd etdiyi həmin o “tarixi Ermənistan” uydurmaları ilə, yəni, provokasiyalarla hansısa regional qarşıdurmalara rəvac veriləcək. Yəni, açıq-aydın şəkildə görünür ki, hansısa mifik Ermənistan, uydurulan xəyallar haylar üçün bir provokasiyadır və həmin provokasiya da ancaq regional qarşıdurmalara aparır.
Hansısa uydurmalara, miflərə, saxta mənbələrə istinad edən cəfəngiyyat dolu ideyalara görə erməni cəmiyyəti məhrumiyyətlərlə qarşılaşmalı olub
Haylar qeyri-müəyyən, sonu bəlli olmayan yoldan, xaotik durumdan imtina edərək, doğru istiqamət götürməlidirlər. Ermənistan daxilində gərginliyin azaldılması, barışıq, sülh, müharibəni istisna edən danışıqlar İrəvan üçün prioritet hesab olunmalıdır. Ermənilərin bütün sağlam və bacarıqlı qüvvələri birləşməli və yeni, post-müharibə dövründə daha düşüncəli, daha ağıllı addımlar atılmalıdırlar, provokasiyaya yol verilməməlidirlər. Bölgədə marginallaşmış, yəni, bir növ, küncə qısılmış vəziyyətdə qalan, bütün beynəlxalq layihələrdən məhrum olan Ermənistan cəmiyyəti nəyə görə bu vəziyyətə düşdüyünün gec də olsa fərqində olmalıdır. Fərqində olmalıdır ki, hansısa uydurmalara, miflərə, saxta mənbələrə istinad edən cəfəngiyyat dolu ideyalara görə erməni cəmiyyəti böyük məhrumiyyətlərlə qarşılaşmalı olub. Başa düşməlidir ki, həmin cəfəngiyyatlarla provokasiya edilərək, marionet kimi idarə olunub. Ən azından, həmin provokasiyalar sayəsində regional qarşıdurmalar yaradıldığını və nəticənin də haylar üçün fəlakətli olduğunu gec də olsa görməlidirlər. Görməlidirlər ki, onlar belə provokasiyalarla ancaq soyqırımlar, qırğınlar törədirlər, insanlığa sığışmayan hərəkətlər edirlər, yekunda özləri də kifayət qədər zərbə almalı, zərər çəkməli, itgilər verməli olurlar. Bir sözlə, nəticə etibarı ilə erməni cəmiyyəti özü də provokasiyalara görə az çəkməyib və belə davam etsə hələ çox zərbə almış olacağı istisna edilə bilməz. Çünki bəşəriyyət sonsuza qədər hayların nazi ilə oynamaq kimi bir öhdəlik götürməyib və çox güman ki, artıq bu dəfə sonuncu ola bilər.
Haylar provokasiyalara uymalı olduğu təqdirdə Ermənistan dövlətinin mövcudluğunu artıq sual altında qoyurlar
Tarixə nəzər saldıqda görürük ki, haylar regional qarşıdurmalara rəvac verən provokasiyalarla təkcə indiki zamanda, hal-hazırda, yaxud ötən əsrin sonlarında qızışdırılmayıb və zaman-zaman qızışdırılmaqla bölgədə daim qarışıqlıq yaradıblar. Görürük ki, ermənilər tarix boyu şişirdilmiş, mifləşdirilmiş uydurmalarla ancaq özlərini aldadıblar. Özlərini aldatmaları ilə də iş bitməyib və bir-birinin ardınca fəlakətlərə sürükləniblər. Doğrudur, haylar bir sıra bəşəri cinayətlərə, Xocalı soyqırımından az qala bir əsr əvvəl belə analoji, oxşar soyqırımlara imza atıblar, amma sonda özləri də fəlakətlərlə qarşılaşıblar. Hər dəfə törətdikləri dəhşətli soyqıqırmların, eləcə də terrorçuluq, separatçılıq, işğalçılıq siysətinin ardınca özləri də acı nəticələrlə qarşılaşmalı olublar. Hələ ötən əsrin əvvəllərində Azərbaycan ərazilərinə soxulan və müsəlmanların soyqırımı üçün bütün vəhşiliklərə əl atan haylar sonda döyüş zamanı özləri də böyük itgilər verməli olublar. Ötən əsrin 90-cı illərində yenə də mümbit şərait görüb namərdcəsinə Azərbaycan ərazilərinə soxulan, ərazilərimizin 20 faizini işğal edən və 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan ermənilər 44 günlük müharibədə yenə də böyük itgilərlə qarşılaşıblar. Hələ də Ermənistan dövləti itgilərin vurduğu zərbənin təsirindən yaxa qurtara bilməyib və həmin ölkənin hələ də itgilərini bərpa etməyə ümidi belə yoxdur. Amma bununla belə görünür, haylar hələ də bir nəticə çıxara bilməyiblər. Başa da düşə bilməyiblər ki, beləcə miflərin ardınca getdikcə, daha doğrusu, provokasiyalara getdikcə, ancaq özləri üçün fəlakət toxumu səpirlər. Çünki regional qarşıdurmalara rəvac verən provokasiyalar artıq onların sonunu vəd edir. Bundan sonra da haylar provokasiyalara uymalı olduğu təqdirdə Ermənistan dövlətinin mövcudluğunu artıq sual altında qoymuş olurlar. Ona görə sual altında qoymuş olurlar ki, regionda qarşıdurmalar yaratmasına sonsuza qədər imkan verilməyəcək və belə davam etdiyi təqdirdə müvafiq tədbirlər görülməsi məqbul hesab olunacaq. Bu isə o deməkdir ki, Ermənistan bir dövlət olaraq tarixin arxivinə yazılmalı olacaq.