Almaniya Ukraynaya əvvəllər vəd etdiyi 600 milyon avro (təxminən 64 milyard rubl) məbləğində hərbi yardım paketini köçürüb.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib.
Onun sözlərinə görə, buraya İris-T SLM hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, tanklar, özüyeriyən haubitsalar, döyüş sursatları və pilotsuz təyyarələr daxildir.
...2024-cü ilin sonuna kimi biz tərəfdaşlarımız Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində əlavə hərbi dəstək paketi təqdim edəcəyik.
Bunu deyən Şolz qeyd edib ki, bu paketə IRIS-T və Skynex kimi yeni hava hücumundan müdafiə sistemləri, Gepard özüyeriyən silahlar, tanklar və təkərli haubitsalar, zirehli avtomobillər, hücum pilotsuz təyyarələri, radarlar və artilleriya mərmiləri daxildir.
Əli Babayev