İraqın şimalında 5 PKK terrorçusu daha zərərsizləşdirilib

11 Oktyabr 2024 18:07 (UTC+04:00)

İraqın şimalındakı Qara bölgəsində separatçı terror təşkilatı PKK-nın 5 üzvü zərərsizləşdirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində aşkar etdikləri 5 PKK terrorçusunu zərərsizləşdirdiyi bildirilib.

“Biz terroru mənbəyində məhv etmək üçün gözlənilməz və davamlı əməliyyatları davam etdirəcəyik”, - deyə bəyanatda vurğulanıb.