...Son üç ildə Rusiyanın işğalı altında olan ərazilərdən 2219 ukraynalı uşaq Belarusa aparılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ZMINA İnsan Hüquqları Mərkəzinin daxil olduğu Beynəlxalq İnsan Hüquqları Təşkilatları Qrupunun keçirdiyi brifinqdə danışılıb.
Qeyd olunub ki, Donbasın işğal olunmuş hissəsindən uşaqların Belarusa çıxarılmasına 2021-ci ilin ikinci yarısında başlanılıb və bu proses ən azı 2024-cü ilin iyun ayına kimi davam edib. Üstəlik, ən çox uşaqlar dərs ilində çıxarılıb.
...Adətən uşaqları müvəqqəti olaraq məzuniyyətə çıxardıqları iddia edilsə də, əslində onlar təlqinə, yəni siyasi və mədəni “yenidən təhsilə” məruz qalıblar.
Uşaqların bir qismi Belarus məktəblərinə göndərilib, orada onlara Kremlin təbliğatı ilə dolu rus dilinə oxşar proqram tədris olunur. Eyni zamanda, Belarus dövləti Belarusdakı ukraynalı uşaqları “rus” kimi tanıyır və onlara tətbiq edilən Rusiya vətəndaşlığını dəstəkləyir(?)..
Hüquq müdafiəçiləri həmçinin ukraynalı uşaqların Belarusda hərbiləşdirilmiş gənclər təşkilatlarına cəlb edilməsinə dair sübutlar da tapıblar.
Belə ki, Rusiya silahlı qüvvələrində xidmət uşaqlar arasında da təbliğ olunur.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, Belarusa aparılan 2219 uşağın rəqəmi natamamdır, çünki bura yalnız inandırıcı dəlilləri olan hallar daxildir.
Əli Babayev