Muxtar Babayev fransalı nazirlə görüşüb

11 Oktyabr 2024 16:40 (UTC+04:00)

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində Fransanın energetika naziri Olqa Jiverne ilə görüşüb. SİA xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.

Tərəflər yaşıl enerjinin saxlanması istiqamətində irəliləyişin COP29 Fəaliyyət Gündəliyinin əsas elementi olduğunu bildiriblər.