Sumqayıtda yol qəzası olub

11 Oktyabr 2024 16:18 (UTC+04:00)

Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

Məlumata görə, idarətmədən çıxan moped divara çırpılıb.

Nəticədə sürücü, 2008-ci il təvəllüdlü Eldəniz Elşad oğlu Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.