Azərbaycanın futzal millisi FIFA reytinqində geriləyib

11 Oktyabr 2024 15:32 (UTC+04:00)

Azərbaycanın futzal millisi FIFA reytinqində üç pillə geriləyib. SİA xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında bildirilib.

Yığma hazırda 1126.35 xalla 32-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Braziliya (1650.75 xal) başçılıq edir. Portuqaliya (1546.33) ikinci, Argentina (1520.59) üçüncüdür.