Azərbaycan cüdoçusu bürünc medal qazana bilər

11 Oktyabr 2024 15:17 (UTC+04:00)

Azərbaycanın bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin ilk günündə bürünc medal qazana bilər. SİA xəbər verir ki, Acelya Toprak (57 kq) üçüncü yer uğrunda görüşdə Flaka Loja (Kosovo) ilə üz-üzə gələcək.

Bu gün tatamiyə çıxan 5 idmançı isə mükafatsız qalıb.

Bunlar Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Leyla Əliyevadır (48 kq).

Qeyd edək ki, turnir oktyabrın 12-də başa çatacaq.