Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü medalsız başa vurublar. SİA xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın altı üzvü mükafatçılar sırasına düşə bilməyib.
Acelya Toprak (57 kiloqram), Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar.
Mübarizəyə 1/4 finaldan başlayan Leyla Əliyeva (48 kiloqram) və iki rəqibini üstəyələn Rəşad Yelkiyev (66 kiloqram) isə təsəlliverici qarşılaşmadan məğlub ayrılıblar.
Qeyd edək ki, Azərbaycanın 14 cüdoçu ilə təmsil olunduğu “Böyük Dəbilqə” turniri oktyabrın 13-dək davam edəcək.