Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsində çıxış edəcəklər

11 Oktyabr 2024 14:20 (UTC+04:00)

Azərbaycan təmsilçiləri Xorvatiyanın Poreç şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində çıxış edəcək. SİA xəbər verir ki, 12-13 oktyabrda baş tutacaq yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) ökəmizi təmsil edəcək.

Qeyd edək ki, bu yarışdan dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.