Naxçıvanda COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekodüşərgə təşkil olunacaq. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, düşərgə oktyabrın 15-də muxtar respublikanın Təhsil, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçiriləcək.
Düşərgədə könüllülər və şagirdlər iştirak edəcəklər.