Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı

11 Oktyabr 2024 12:55 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə kəndlərin formalaşdırılması prosesi davam edir. SİA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həmin ərazilərdə bələdiyyələrin formalaşdırılması gələcəkdə həyata keçirilə bilər:

“Hesab edirəm ki, gələcəkdə həmin ərazilərdə bələdiyyələrin sayı təxmini 100-110 olacaq”.